
Təqsirləndirilənlər
Luiziana ştatının Avazian dairəsində uşaqların qaçırılması və qətli ilə bağlı baş verən dəhşətli hadisələrdə şübhəli bilinən Casti Busselli məhkəmə tərəfindən bəraət alır. Andlılar heyəti onun təqsirsiz olduğunu təsdiqləsə də, yerli sakinlər bu qərarla barışmır. Əhali baş verən faciələrdə hələ də onu günahkar sayır.
Çox keçmədən maskalı naməlum bir şəxs Casti və onun vəkilini girov götürür. Qisasçı qaranlıq internet şəbəkəsində canlı yayım açaraq onlara işgəncələr verir və etiraf tələb edir. Əsassız yerə ittiham olunan baş qəhrəman efir zamanı sağ qalmağa, günahsızlığını sübut etməyə və əsl qatilin kimliyini üzə çıxarmağa çalışır.
ABŞ istehsalı olan «Təqsirləndirilənlər» (Jack Hunter's Blamed) qorxu filmi 2022-ci ildə nümayiş olunub. Ekran əsərinin rejissorları Dann Eudy və Jack Hunter II-dir. Əsas rolları Rin Bandy, Marvincito Parada Blanco, Joshua Blood və Logan Blood ifa ediblər.
«Təqsirləndirilənlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 noyabr 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Dann Eudy, Jack Hunter II, Jeff Roberts
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın