
Paranormal Cazibə
Aqressiv keçmiş sevgilisinin təqiblərindən qurtulmaq istəyən Sara həyatına sıfırdan başlamağa qərar verir. O, daşınmaz əmlak agentində iş tapır və satışa çıxarılacaq köhnə bir malikanəyə müvəqqəti köçür. Qızın əsas vəzifəsi əvvəlki sakinlərin qoyub getdiyi əşyaları səliqəyə salmaq və evi tam təmizləmək olur.
Tək qaldığı bu məkanda çox keçmədən anlaşılmaz hadisələr, vahiməli səslər və qorxunc görüntülər baş qaldırır. Qısa müddətdə bəlli olur ki, bu divarlar arasında vaxtilə amansız bir qətl törədilib. Evi keçmişin qalıqlarından təmizləyərkən Sara onun ruhunu ələ keçirmək istəyən qaranlıq bir iblisi oyadır.
ABŞ istehsalı olan «Paranormal Cazibə» qorxu filmi 2020-ci ildə işıq üzü görüb. Ekran işinin rejissoru Alexander T. Hwang, baş rol ifaçıları isə Bruklin Heyli, Nikol Sinalya, Hanter Conson və İden Şi Bekdir.
«Paranormal Cazibə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 sentyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Alexander T. Hwang
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın