
Həyat forması
Molekulyar bioloq Adrian Bekettin həyat yoldaşı Samanta beynin ağır zədələnməsi səbəbindən ölüm ayağındadır. Qadını xilas etməyə çalışan alim özünün hazırladığı eksperimental transgen kök hüceyrələrini tətbiq edir. Bu müalicə qadını həyata qaytarsa da, tezliklə dərmanın gözlənilməz fəsadları üzə çıxır.
Preparatın təsiri ilə Samanta bədən formasını istədiyi kimi dəyişməyi bacaran aqressiv varlığa çevrilməyə başlayır. Nəticələrlə üz-üzə qalan Adrian mutasiyanı dayandırmaq və xanımına insan cildini qaytarmaq üçün yeni çıxış yolu axtarır.
2017-ci il istehsalı olan «Lifeform» qorxu filminin rejissoru Brayan Şyavodur. ABŞ istehsalı ekran əsərində baş rolları Çad Ekerman, Piter Aleksandru, Co Amato və Mark Armstronq canlandırıb.
«Həyat forması» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 dekabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Brayan Şyavo
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın