
Harvest of the Dead: Halloween Night
Salli Börns dostları ilə birlikdə Hellouin gecəsi üçün əyləncə təşkil etməyə hazırlaşır. Digər yoldaşlarının düşərgədən qayıtmasını gözləyən gənclər evi bəzəyir və şənliyi başlayır. Həmin vaxt hüquq-mühafizə orqanları ətrafda dolaşan silsilə qatilin törətdiyi dəhşətli cinayətlərin izini sürməyə çalışır.
Toplaşan dostlar ətrafda baş verənlərdən xəbərsiz şəkildə vaxt keçirirlər. Lakin bayram əhval-ruhiyyəsi uzun çəkmir. Taun həkimi maskası taxmış qaniçən cani və onun qadın şəriki gizlicə evə daxil olaraq şənliyi kabusa çevirir.
Böyük Britaniya istehsalı olan «Harvest of the Dead: Halloween Night» qorxu filmi 2020-ci ildə nümayiş olunub. Ekran işinin rejissor kürsüsündə Piter Qoddar və Terens Elliot əyləşib. Baş rolları Deni Tompson, Devid Spinks, Tim Faradey və Terens Elliot canlandırıb.
«Harvest of the Dead: Halloween Night» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 avqust 2020
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Piter Qoddar, Terens Elliot
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 72 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın