
Parable
Atası gənc Esteri rəfiqəsi ilə öpüşərkən görür və onu islah olunması üçün xristian düşərgəsinə yollayır. Düşərgəyə rəhbərlik edən keşiş Dey qızın bədənində şər qüvvə olduğunu iddia edərək ona qarşı amansız rituallar tətbiq edir. Lakin bu ayinlər gözlənilməz nəticə verir və Esterin daxilinə qorxunc bir iblis daxil olur.
Hadisəni gizlətməyə çalışan keşiş qızı qapalı və mühafizə olunan bir yaşayış məntəqəsindəki evlərin birində dustaq saxlayır. Ora gətirilərkən Ester Kasper adlı yerli yeniyetməni cırmaqlayır və onların arasında qəribə bir ruhi bağ yaranır. Çox keçmədən oğlan yuxularında Esterin ondan kömək istədiyini görməyə başlayır.
Cənubi Afrika istehsalı olan «Parable» qorxu filminin rejissoru Ber Adriansedir. 2020-ci il ekran işində rolları Thapelo Aphiri, Carla Classen, Jane de Wet və Edrien Erasmus canlandırıblar.
«Parable» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 mart 2020
- Ölkə
- CAR
- Rejissor
- Beer Adriaanse
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın