
Revealer
Hadisələr 1987-ci ildə Çikaqoda cərəyan edir. Striptiz rəqqasəsi Endji işlədiyi məkana gəlir, lakin qapının ağzında yenə dindar fəallar, o cümlədən mömin xristian Salli etiraz aksiyası keçirir. Qəfil başlayan qorxunc fəlakət şəhərə İncildə bəhs edilən qiyamət gününün gəldiyini xəbər verir.
Küçədəki dəhşətdən qaçan Salli həmin məkana sığınır və Endji ilə birlikdə xudmani kabinədə qapalı qalır. Bir-birinə tamamilə zidd olan və nifrət bəsləyən bu iki qadın sağ qalmaq üçün aralarındakı düşmənçiliyi unudub birləşməyə məcbur olur.
«Revealer» qorxu filmi ABŞ-da rejissor Lük Boys tərəfindən lentə alınıb. Baş rolları Kayto Aase, Şeyna Şruten, Bişop Stivens və Fil Boqdan canlandırıb. Ekran əsəri 2022-ci ildə işıq üzü görüb.
«Revealer» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın