
Amitivill poltergeysti
Maddi çətinlik çəkən tələbə Cim bir neçə günlüyünə böyük bir evə gözətçilik etmək təklifini qəbul edir. Mülkün yaşlı sahibi Yunis gənci evdəki fövqəltəbii varlıqlar barədə xəbərdar edir. Qadının qohumları isə onun dediklərini qocalıq sayıqlaması hesab edir və bu sözlərə əhəmiyyət vermirlər.
Evdə tək qalan Cim çox keçmədən izaholunmaz hadisələrlə üz-üzə qalır. Onu qarabasma kimi təqib edən qorxunc xəyallar və kabuslar getdikcə daha real forma alır. Qısa müddətdə gənc anlayır ki, yaşlı qadının dediyi xəbərdarlıqlar heç də uydurma deyilmiş.
ABŞ istehsalı olan «Amitivill poltergeysti» dəhşət filmini rejissor Kelvin MakKarti lentə alıb. Ekran əsəri 2020-ci ildə işıq üzü görüb. Əsas rolları Conor Austin, Parris Bates, Airisa Durand və Con Eşli Holl paylaşıblar.
«Amitivill poltergeysti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 dekabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Kelvin Makkarti
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın