
El Amarre
Culieta şəxsi münasibətlərində ardıcıl xəyal qırıqlıqları ilə üzləşir. Rəfiqəsinin iş həyatında uğur qazanması üçün ona cadu bitkiləri bazarından vasitə almağa kömək edir. Satıcı isə qadına sevgi cadusu tozu verərək yaxın zamanda buna ehtiyac duyacağını bildirir. Çox keçmədən kollektivə Daniel adlı yeni işçi qatılır və Culietanın diqqətini çəkir, rəfiqəsinin vəzifəcə yüksəlməsi isə magiyanın gücünə olan inamı artırır.
Aldığı tozu sınaqdan keçirən qadın istədiyi nəticəni ala bilmir. Danieli özünə bağlamaq istəyindən əl çəkməyən baş qəhrəman peşəkar cadugərə üz tutur. Lakin növbəti ayin zamanı işlər qaydasında getmir və qaranlıq qüvvələr sərbəst qalır.
«El Amarre» adlı qorxu filmi 2021-ci ildə Meksikada istehsal olunub. Tamae Qaraseqinin rejissorluğu ilə ərsəyə gələn ekran işində Ruben Arsinieqas, Vadhir Derbez, Sofiya Espinosa və Jorge Gallegos rol alıblar.
«El Amarre» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 oktyabr 2021
- Ölkə
- Meksika
- Rejissor
- Tamae Qarateqi
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 77 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın