Fanat Ordusu
Film2021ABŞ63 dəq.720p

Fanat Ordusu

Fan Base
IMDb
2.8

Vaxtilə «Ruh içən» adlı qorxu filmləri seriyası sayəsində tanınan aktyorlar indi keçmiş şöhrətlərinin fəsadları ilə üzləşirlər. Bu filmlərin Krey adlı təhlükəli pərəstişkarı Stiv Kartraytın onun atası olduğuna qəti şəkildə inanır. Aktyor bu qohumluğu inkar etdikdə qəzəblənən fanat kumirini boğaraq öldürür.

Eyni layihənin ulduzu Ceyni Romero isə keçmişindən uzaqlaşmaq üçün meşənin dərinliyində çəkilən azbüdcəli layihədə iştirak etməyə yollanır. Tezliklə həmin məkana gəlib çıxan Krey sevimli qorxu filminin davamını çəkməyə qərar verir. Heç nədən xəbəri olmayan çəkiliş heyəti onun bu qanlı planının bir parçasına çevrilir.

ABŞ istehsalı olan «Fan Base» filmi 2021-ci ildə ekranlara çıxıb. Qorxu janrındakı ekran əsərinin rejissoru Kertis Everittdir, əsas rolları Kerol Linn Fortin, Bler Kelli, Bleyk Blasko və Hezer Turqud canlandırıblar.

İzlə

«Fanat Ordusu» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
4 avqust 2021
Ölkə
ABŞ
Janr
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası, Синема УС
Müddət
63 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın