
Killer BBQ
Sakit bir əyalət şəhərində yerli sakinlər qəfil və müəmmalı şəkildə yoxa çıxmağa başlayır. Vəzifəsinin icrasına yeni başlayan inadkar şerif köməkçisi Destini Milton baş verənləri araşdırmaq qərarına gəlir. Onun diqqətini Bo Dinin rəhbərlik etdiyi məşhur «Killer BBQ» qəlyanaltısı cəlb edir.
Şübhələrinin izinə düşən asayiş keşikçisi axtarışlara start verir. Otuz il əvvəl bütün ailəsi eyni qaydada izsiz itmiş bir şəhər sakini də ona bu işdə kömək etməyə başlayır. Onlar addım-addım irəlilədikcə ətrafdakı heç kəsə inanmağın mümkün olmadığını və yeməkxananın dəhşətli qanlı sirlər saxladığını görürlər.
«Killer BBQ» qorxu filmi 2019-cu ildə ABŞ-da istehsal olunub. Ekran əsərinin rejissoru Joe Betancourtdur. Baş rolları Rick Leo Foster, Steven A. Garrison, Jason Gary Garrison və Jessica Marie Morales canlandırıblar.
«Killer BBQ» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 oktyabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Joe Betancourt
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın