
Blood Magick
Şəhərə demon hücumu baş verəndə bir-birini tanımayan beş nəfər nəhəng kostyum anbarına sığınır. Həmin məkanda huşunu toparlamağa çalışan və acıdil xarakteri ilə seçilən cadugər Eyslin də oyanır. Çöldə bədheybətlər qapıları qırmağa çalışarkən, içəridəki qaranlıq qüvvə karnaval libaslarını canlandıraraq sığınacağı ölümcül tələyə çevirir.
Eyslin sağ qalanları qorumaq üçün istəmədən liderliyi ələ alır və sehrli bacarıqlarından istifadə edir. Çox keçmir ki, cadugər ətrafındakılardan şübhələnməyə başlayır. O, şəhərə hücum edən iblisləri məhz anbardakı insanlardan birinin çağırdığını düşünür.
2024-cü ildə ekranlara çıxan «Blood Magick» qorxu filminin rejissorları Mayka Delhauer və Patrik Solterdir. Baş rolları Hunter Benjamin, Victoria De Mare, Ethan Esparza-Christopher və Frances Parsons canlandırıb.
«Blood Magick» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2024
- Rejissor
- Micah Delhauer, Patrick Salter
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Синема УС
- Müddət
- 99 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın