
Tələbə yataqxanasında qırğın
Bet tələbə qızlar birliyinə qoşulmağı planlaşdırır, lakin yeni məkana köçdükdən sonra qorxulu yuxular onu rahat buraxmır. Qızın gözü önünə əlində bıçaq tutmuş təhlükəli bir qatil gəlir. Hipnoz təcrübəsi sayəsində məlum olur ki, Bet uşaqlıqda məhz bu evdə böyüyüb və böyük qardaşı Bobbi bütün ailəsini məhv edəndə yalnız o sağ qalıb.
Digər qızlar həftəsonu istirahətinə getdikdən sonra Bet və üç rəfiqəsi binada qalıb tanıdıqları oğlanları qonaq çağırırlar. Gənclər birgə vaxt keçirməyə hazırlaşarkən təhlükə yenidən yaxınlaşır. Şənlik edən dostlar Bobbinin psixiatriya xəstəxanasından qaçdığından və köhnə evinə doğru gəldiyindən tamamilə xəbərsizdirlər.
ABŞ istehsalı olan «Sorority House Massacre» qorxu filminin rejissoru Kerol Frenkdir. 1987-ci ildə ekranlara çıxan lentdə baş rolları Ancela O'Nill, Alan Yuqster, Marşa L. Karter və Patrik Feyhi canlandırıb.
«Tələbə yataqxanasında qırğın» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1987
- Ölkə
- ABŞ
- Rejissor
- Kerol Frenk
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 74 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın