
Qulyabaninin qayıdışı
XVI əsrdə Macarıstan məhkəməsi cadugərlik və vampirlikdə ittiham olunan qrafinya Yelizaveta Batorini ömürlük olaraq öz qəsrinin zindanına məhkum edir. Onunla birlikdə cəzalandırılan tərəfdarlarının arasında canavara çevrilən polyak zadəganı Valdemar Daninski də olur. Başına dəmir maska geyindirilən Daninskinin ürəyinə gümüş xaç sancılaraq edam edilir.
İyirminci əsrdə Orta əsrlər tarixini araşdıran üç tələbə qız əfsanəvi qrafinya Batorinin məzarını axtarmaq üçün Karpat dağlarına yollanır. Bu axtarışlar gəncləri dağlar qoynundakı tərk edilmiş qəsrə gətirib çıxarır. Lakin tezliklə məlum olur ki, qədim qalanın divarları heç də boş deyil.
İspaniya istehsalı olan «El retorno del Hombre Lobo» qorxu filmi 1981-ci ildə rejissor Pol Neşi tərəfindən çəkilib. Ekran əsərində Manuel Pereyro, Luis Barbo, Xose Luis Barinqo və Çarli Bravo kimi aktyorlar çıxış edirlər.
«Qulyabaninin qayıdışı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın