
Sakit qışqırıq
Detektiv Kelli şəhərdə baş verən qəddar qətllər silsiləsini araşdırmağa başlayır. Cinayətkarın izinə düşən qadın öz işinə dərindən bağlı olan Ben adlı bağbanla tanış olur. Ünsiyyət artdıqca Kellinin şübhələri güclənsə də, Benin soyuqqanlılığı və təmkinli davranışı çaşqınlıq yaradır.
Gözlənilməz bir hadisə zamanı bağban Kellini xilas edir və detektiv bütün ehtiyatını itirərək onun qurduğu tələyə düşür. Qurbanını ələ keçirən cani törətdiyi keçmiş əməllərin təfərrüatlarını qadına danışır. Əlverişli məqam tapan Kelli oradan qaçmağı bacarır və onların arasında amansız mübarizə başlayır.
«Sakit qışqırıq» (The Gardener) qorxu filmi rejissor Ceyms D.R. Hikoks tərəfindən çəkilib. ABŞ və Kanada istehsalı olan bu ekran əsəri 1998-ci ildə nümayiş olunub. Baş rollarda Simona Qad, Endrü Hekler, Rend Kinqsli və Uolter Cons çıxış edirlər.
«Sakit qışqırıq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1998
- Rejissor
- Ceyms D.R. Hikoks
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Авторский (одноголосый закадровый)
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın