
Bətndəki İblis
Verdi və Ameliya on beş illik evlilikləri boyunca iki uşaq övladlığa götürsələr də, qadın nəhayət öz körpəsinə hamilə qalır. Səhhətindəki problemlər üzündən həkimlər Ameliyaya sakitlik tövsiyə edir və ailə başçısı iş yerini dəyişərək onları Cakartadan Salak vulkanının ətəyində yerləşən plantasiya evinə köçürür.
Lakin yeni məkanda onları dinclik gözləmir. Məlum olur ki, bu evdə vaxtilə mistik hadisələr nəticəsində bətnindəki körpəsini itirmiş qadının ruhu dolaşır. Həmin qarabasma yeni sakinləri təqib etməyə və doğulacaq uşağı ələ keçirmək üçün Ameliyanın bədəninə daxil olmağa çalışır.
«Iblis dalam Kandungan» filmi 2022-ci ildə İndoneziyada rejissor Adhe Dharmastriya tərəfindən çəkilib. Qorxu janrındakı ekran əsərində baş rolları Nafa Urbach, Ali Syakieb, Denira Wiraguna və M. Adhiyat canlandırır.
«Bətndəki İblis» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 mart 2022
- Ölkə
- İndoneziya
- Rejissor
- Adhe Dharmastriya
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- datynet & Yuka_chan
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın