
Kabus arvad
Yuxarı sinif şagirdi Nard və Mak arasındakı məhəbbət gənc qızın hamilə qalması ilə nəticələnir. Hər iki ailə bu münasibətin qəti əleyhinə çıxır. Makın anası oğlunu xaricə təhsil almağa göndərərək qızla əlaqəsini kəsməsini tələb edir, Nardın anası isə qızını abort etdirməyə məcbur edir. Lakin tibbi müdaxilə zamanı yaranan fəsadlar gənc qızın ölümü ilə nəticələnir.
Ölümündən sonra Nardın ruhu rahatlıq tapmır və yaşadığı mənzil kompleksinə qayıdır. «Ghost Wife» filmi ruh kimi geri dönən qızın qonşularını və bina sakinlərini qorxu içində saxlamasından bəhs edir. O, vaxtilə addımladığı dəhlizlərdə görünərək ətrafdakıları təqib etməyə başlayır.
Tayland istehsalı olan bu qorxu filmi 2019-cu ildə işıq üzü görüb. Ekran əsərinin quruluşçu rejissoru Mate Yisombunddur. Baş rolları Supavadi Kitisopakun, Chitipat Wattanasiripong, Kamolnapatç Thanvonq və Yotin Maphobpan canlandırıblar.
«Kabus arvad» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 yanvar 2019
- Ölkə
- Tailand
- Rejissor
- Mathe Yisombun
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın