
Pıçıltı
Yaxın rəfiqəsinin ölümündən sonra yuxarı sinif şagirdi Eun-ha onun kabusunu görməyə və səslər eşitməyə başlayır. Yaşadığı qorxu və sarsıntı qıza dərslərinə diqqət yetirməyə imkan vermir, nəticədə o, buraxılış imtahanlarından kəsilir.
Sinif yoldaşları Eun-hanı bu ağır vəziyyətdən çıxarmaq üçün dəniz sahilinə səfər planlaşdırırlar. Lakin avtomobillə hərəkət edərkən yolu səhv salırlar və qarşılarına tərk edilmiş bir əyləncə parkı çıxır. Ətrafdakı vahiməli ab-havaya baxmayaraq, gənclər geriyə dönmür və oradakı «Kabuslar evi» attraksionunun içərisinə daxil olurlar.
2018-ci il istehsalı olan «Pıçıltı» (Sokdaksokdak) qorxu filminin rejissoru Çhve San-hundur. Cənubi Koreya istehsalı ekran əsərində əsas rolları So Cu-yon, Kim Min-qyu, Kim Yon və Kim Te-min canlandırıblar.
«Pıçıltı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 iyul 2018
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Çxve San-hun
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС, 3NOK
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 91 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın