
7ujuh
Hadisələr XX əsrin 70-ci illərində cərəyan edir. Kollecdə oxuyan yeddi gənc tətil günlərini şəhərdən uzaqda keçirmək məqsədilə kimsəsiz bir bunqalo evinə yollanır. Məkana kəndin ağsaqqalı və onun Suri adlı gənc qızı nəzarət edir. Səs-küylü əyləncə təşkil etmək istəyən dostlar təmizlik və xidmət işlərində kömək etməsi üçün qızdan evdə qalmasını xahiş edirlər.
İdarəolunmaz həddə çatan gecə faciə ilə nəticələnir və tələbələr Suriyə qarşı zorakılıq törədirlər. Başına gələnlərə dözə bilməyən gənc qız qisas andı içərək hər kəsi lənətləyir və intihar edir. Çox keçmədən yoldaşlar qapalı qaldıqları bu evin divarları arasında sirli və qorxunc intiqamla tək-tək üzləşməyə başlayırlar.
«7ujuh» adlı qorxu filmi Malayziya istehsalıdır və ekranlara 2018-ci ildə çıxıb. Ekran əsərinin rejissoru Raja Mukhriz Bin R. Ahmad Kamaruddindir. Əsas obrazları Johan As'ari, Cristina Suzanne Stockstill, Pekin Ibrahim və Siti Saleha canlandırıblar.
«7ujuh» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın