
Haunted Forest
Polis detektivi qızı ilə birlikdə doğulub boya-başa çatdığı kiçik qəsəbəyə qayıdır. Lakin doğma yerlərdə dinc həyat sürmək mümkün olmur. Yaşayış məntəqəsində ard-arda amansız qətllər törədilir və təcrübəli polis dərhal bu cinayət işinin təhqiqatına qoşulur.
Araşdırma davam etdikcə vəziyyət daha da gərginləşir və detektivin ailəsinə təsir göstərir. Qızının qəribə və anlaşılmaz hərəkətləri atasını narahat etməyə başlayır. Yerli təbib isə gənc qızın bədəninə qaranlıq bir varlığın girdiyini və törədilən bütün bu qanlı hadisələrin arxasında məhz həmin qüvvənin dayandığını bildirir.
Filippin istehsalı olan «Haunted Forest» qorxu filmi 2017-ci ildə rejissor İan Lorenyos tərəfindən lentə alınıb. Baş rollarda Reymart Santyaqo, Coy Markes, Ceyn Onyesa və Ceymison Bleyk çəkiliblər.
«Haunted Forest» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 dekabr 2017
- Ölkə
- Filippin
- Rejissor
- İan Lorenyos
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın