Boşanmaq naminə ölüm
Film2021Böyük Britaniya, Norveç82 dəq.720p

Boşanmaq naminə ölüm

Dying to Divorce
IMDb
7.8

Müasir Türkiyədə qadınlara qarşı məişət zorakılığı və qətllərin sayı sürətlə çoxalır. Vəkil İpək Bozkurt yerli fəallarla birlikdə təqsirkar kişilərin layiqli cəza alması üçün hüquqi mübarizə aparır. O, boşanmaq istədiyi üçün əri tərəfindən güllələnən Arzu və yoldaşının şiddəti nəticəsində beyin qansızması keçirən teleaparıcı Kübranın hüquqlarını qorumağı öz üzərinə götürür.

Məhkəmə prosesləri zamanı İpək hakimlərin təcavüzkarlara qarşı yumşaq münasibəti ilə üzləşir. Eyni zamanda ölkədə hüquq müdafiəçilərinə yönələn siyasi təzyiqlərin güclənməsi ədalətin bərqərar olmasını daha da çətinləşdirir.

Böyük Britaniya və Norveçin birgə istehsalı olan «Dying to Divorce» sənədli filminin rejissoru Chloe Fairweatherdir. Ekran əsəri 2021-ci ildə işıq üzü görüb.

İzlə

«Boşanmaq naminə ölüm» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
8 mart 2021
Keyfiyyət
720p
Tərcümədə
Birsəsli kadrarxası
Müddət
82 dəq.

Mükafatlar və nominasiyalar

  • 🎗International Submission to the Academy AwardsNominasiya · 2022
—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın