
Sniper: Deadliest Missions
Snayper bölmələrinin xidməti hər an ölümlə nəticələnə biləcək tapşırıqlardan ibarətdir. Buna görə də döyüşçülər dəqiq atıcılıqla yanaşı, ətraf mühitdə görünməz qalmaq və kamuflyaj sənətini dərindən öyrənirlər. Hər hansı təsadüfi hərəkət və ya xışıltı mövqeni faş edərək atıcının həyatına son qoya bilər. Gizlənərək düşmən arxasına keçən snayperlər bütöv hərbi dəstələri sipərlərdə hərəkətsiz saxlamağa qadirdir.
Lakin atıcıların bəziləri fərqli məqsədlər üçün fəaliyyət göstərir. Onlar adi komandirləri deyil, pusquda ölümcül atəş anını gözləyən digər snayperləri ovlayırlar. Belə vəziyyətlərdə hər iki tərəfin təcrübəli atıcıları arasında gərgin və təhlükəli qarşıdurma baş verir.
ABŞ istehsalı olan «Sniper: Deadliest Missions» sənədli filmi 2010-cu ildə işıq üzü görüb. Ekran əsərinin rejissoru Emre Şahindir. Çəkilişlərdə Con Kelaç, Fernando Koelyo, Ed İton və Leon Farmer kimi şəxslər iştirak ediblər.
«Sniper: Deadliest Missions» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 sentyabr 2010
- Ölkə
- ABŞ
- Rejissor
- Əmrə Şahin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın