
Qılıncdan həlak olacaq
Beşinci əsrdə yüzilliklərlə davam edən Roma hakimiyyəti başa çatır və legionlar Britaniya torpaqlarını tərk edir. Müdafiəsiz qalan yerli əhalinin idarəçiliyi britlərin başçısı Vortigernə keçir. Hərbi dəstəkdən məhrum olmuş şimal əraziləri isə tezliklə döyüşkən pikt tayfalarının hücumlarına məruz qalır.
Basqınların qarşısını almaq istəyən Vortigern sakslarla razılığa gəlməyə məcbur olur. O, göstərəcəkləri kömək müqabilində döyüşçülərə bərəkətli torpaqlar vəd edir. Lakin yeni müttəfiqlərin krallıqla bağlı tamamilə fərqli və gizli niyyətləri üzə çıxır.
2020-ci ildə ABŞ-da istehsal olunmuş «Die by the Sword» tarixi filminin rejissoru Kristofer Forbesdir. Ekran əsərində əsas rolları Mayk Amason, Alissa Ameliya, Cezibell Anat və Devid Eks canlandırıblar.
«Qılıncdan həlak olacaq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 oktyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Kristofer Forbes
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın