
Müəmmalı ada
Uğurlu sahibkar Maksimin jurnalist həyat yoldaşı növbəti ezamiyyət üçün gözdən uzaq bir kəndə yola düşür. Sovet dönəmində həmin adada gələcəyin insanını yetişdirmək və «xoşbəxtlik vitamini» hazırlamaq məqsədilə gizli elmi-tədqiqat institutu fəaliyyət göstərib. İttifaq dağıldıqdan sonra laboratoriyalar bağlansa da, bu torpaqlara ayaq basan yad adamlar müəmmalı şəkildə yoxa çıxmaqda davam edir.
İki həftədən sonra Maksim arvadından axtarışa çıxmamasını və artıq öz səadətini tapdığını bildirən qəribə məktub alır. Narahat olan ər bütün işlərini təxirə salaraq dərhal adaya yollanır. Kənd sakinlərindən məlumat almağa çalışan Maksim ərazidə qorxunc və izaholunmaz hadisələrin baş verdiyini anlayır.
«Müəmmalı ada» filmi 2008-ci ildə Ukraynada rejissor Vladimir Tixiy tərəfindən lentə alınıb. Gərgin süjetli trillerin baş rollarını Yevgeni Stıçkin, Nelli Uvarova, Boqdan Benyuk və Vladimir Nikolayenko paylaşıb.
«Müəmmalı ada» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 dekabr 2008
- Ölkə
- Ukrayna
- Rejissor
- Vladimir Tixiy
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın