
Qaçış
Yüngül atletika üzrə Avropa çempionu Sergey Borozdin ağır avtomobil qəzasına düşərək böyük idmanla vidalaşır. Qəzanın yaratdığı sarsıntı nəticəsində o, qəribə bir qabiliyyət qazanır: sürətlə qaçarkən keçmişdə baş vermiş hadisələri gözünün önündə görür. Həmin ərəfədə şəhərdə qadınlara hücum edən qəddar bir qatil peyda olur və hər bir qurbanın Sergey ilə hansısa bağı üzə çıxır.
Cinayət işini araşdıran polis müstəntiqi Nastya əsas şübhəli qismində məhz Borozdini görür. Sergey isə qatili tapıb saxlamaq üçün yeni meydana çıxmış baxış qabiliyyətindən istifadə etmək qərarına gəlir.
2020-ci il istehsalı olan Rusiyanın «Qaçış» triller filminin rejissoru Andrey Zaqidullindir. Baş rolları Yevgeni Romantsov, Polina Maksimova, Danila Yakuşev və Mariya Axmetzyanova canlandırıblar.
«Qaçış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 noyabr 2020
- Ölkə
- Rusiya
- Rejissor
- Andrey Zaqidullin
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın