
Qorxunun kölgəsi
İşlərində uğursuzluq yaşayan gənc iş adamı Harrison Frenç konqresmen olan qayınatasının köməyi ilə nüfuzlu şəxslərin qapalı klubuna daxil olur. Bu birliyin mərkəzində isə qüdrətli vəkil Uilyam Eşberi dayanır. Vəkillə görüşdən sonra parlaq gələcəyə ümidlənən Harrison evə qayıdarkən maşınla təsadüfən bir nəfəri vurub öldürür.
Cəsədi yol kənarında gizlədən Harrison hadisəni sirr saxlamaq qərarına gəlir. Lakin istintaq zamanı ölən şəxsin Frençin həyat yoldaşının qohumu olduğu üzə çıxır və şübhələr birbaşa onun üzərinə yönəlir. Çıxılmaz vəziyyətə düşən iş adamının köməyinə həmin vəkil Eşberi çatır, lakin problemləri həll etmək müqabilində onun tələbi puldan tamam başqa bir şey olur.
2004-cü ildə çəkilmiş «Qorxunun kölgəsi» (Shadow of Fear) trillerinin rejissoru Riç Kauendir. ABŞ istehsalı olan layihənin baş rollarında Metyu Devis, Ceyms Speyder, Eydan Kuinn və Piter Koyot çəkiliblər.
«Qorxunun kölgəsi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın