
Atanın qızı
Ari Larsen uşaqkən professor və seriyalı qatil olan doğma atası Devid tərəfindən qaçırılaraq səhrada ölümə tərk edilmişdi. Çətinliklə sağ qalan qız illər sonra bu dəhşətli xatirələrini "Atanın qızı" adlı bioqrafik kitabda qələmə alır və əsər ölkədə böyük səs-küy doğurur. Lakin atası hələ də azadlıqda olduğu üçün onun qorxuları səngimək bilmir.
Beş illik fasilədən sonra gənc qadın evinə qayıdaraq keçmişi unudub yeni həyat qurmaq niyyətindədir. Mətbuatın diqqət mərkəzində olan Arinin verdiyi sensasiyalı televiziya müsahibəsindən dərhal sonra şəhərdə gənc qızların qətlləri baş verir. Hadisələrin atasının xəttini tamamilə təkrarlaması ya təqlidçinin peyda olduğunu, ya atanın qayıtdığını, ya da qadının zehnindəki təxəyyülü xəbər verir.
2010-cu ildə ABŞ-da istehsal olunmuş «Atanın qızı» (Legacy) trillerinin rejissoru Stiven Sevaccıdır. Baş rollarda Kayri Maedzumi, Volfqanq Bodison, Uill Uolles və Karson On çəkiliblər.
«Atanın qızı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 may 2014
- Ölkə
- ABŞ
- Rejissor
- Stiven Sevacc
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Diva Universal
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 116 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın