
Qazıntı
Həyat yoldaşının ölümündən sonra Skott Brennan yeniyetmə qızı Ceyn ilə tək qalır. Həmin bədbəxt hadisə qızın eşitmə qabiliyyətini itirməsinə səbəb olub və ailə münasibətlərini gərginləşdirib. Ceyn anasının ölümündə atasını günahlandırır, Skott isə jestlər dilini öyrənməyə çətinlik çəkir. Qızının əməliyyat xərclərini ödəmək üçün o, tərk edilmiş bir tikilini təmizləmək təklifini qəbul edir.
Lakin bu iş gözlənilməz təhlükəyə çevrilir. Ata və qız qəddar bir cütlük tərəfindən girov götürülür. Cinayətkarlar onları evin altında gizlədilmiş naməlum bir şeyi tapmaq üçün yeri qazmağa məcbur edir. İş başa çatdıqdan sonra sağ buraxılmayacaqlarını anlayan Skott və Ceyn üçün yeganə çıxış yolu qaçmaqdır.
«Dig» triller filmi rejissor K. Eşer Levin tərəfindən çəkilib. 2022-ci il ABŞ istehsalı olan bu ekran əsərində baş rolları Tomas Ceyn, Liana Liberato, Harlou Ceyn və Emil Hirş canlandırıblar.
«Qazıntı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 sentyabr 2022
- Ölkə
- ABŞ
- Rejissor
- K. Eşer Levin
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, CPI Films
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın