
Tordakı hörümçək
Uzun illər xüsusi xidmət orqanlarının ən təcrübəli kəşfiyyatçılarından sayılan Aderet yaş həddinə görə rəhbərliyin gözündən düşür. Nəticədə onu vaxtından əvvəl təqaüdə göndərməyə qərar verirlər. Nüfuzunu bərpa etmək üçün sonuncu imkan tapan keçmiş agent kimyəvi silah tədarükçüsü ilə bağlı gizli tapşırığa qoşulur.
O, şübhəli şəxs olan Anjelanın izinə düşsə də, rəhbərlik onun fəaliyyətini izləmək üçün arxasınca gənc əməliyyatçı Danieli göndərir. Təqib və gizlilik dolu bu qarşıdurmada hər şey gözlənildiyi kimi getmir. Təcrübəli casus vaxt keçdikcə anlayır ki, başladığı təhlükəli oyunda artıq ovçu deyil, hədəfə çevrilib.
«Spider in the Web» triller filmi 2019-cu ildə rejissor Eran Riklis tərəfindən çəkilib. Böyük Britaniya, Niderland, Belçika və İsrailin birgə istehsalı olan ekran əsərində baş rolları Ben Kinqsli, Monika Belluççi, İtay Tiran və İtsik Koen canlandırıb.
«Tordakı hörümçək» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 aprel 2019
- Ölkə
- Böyük Britaniya, Niderland, Belçika, İsrail
- Rejissor
- Eran Riklis
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, iTunes
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın