
Cəhənnəm qapıları
Tailandda qayınatasını ziyarət etməyə gedən Ceff və ailəsi yolda ağır qəzaya uğrayır. Uzun sürən komadan sonra xəstəxanada gözünü açan kişi qəzada yalnız özünün sağ qaldığını öyrənir. Çox keçmədən Ceff özündə qəribə dəyişikliklər hiss edir: o, kədər duymur, güzgüdə əksi görünmür və qaranlıqda dəhşətli ruhlar onu təqib etməyə başlayır.
Başına gələnlərin səbəbini anlamaq istəyən Ceff bir şamana üz tutur. Şaman qadın izah edir ki, onun ruhu ailəsi ilə birlikdə kölgələr dünyasında tələyə düşüb. Ceff həm yaxınlarını, həm də öz canını qurtarmaq üçün Cəhənnəmə doğru çətin bir yola çıxmalıdır.
2010-cu ildə ABŞ və Tailand kinematoqrafçılarının birgə ərsəyə gətirdiyi «Cəhənnəm qapıları» qorxu filminin rejissoru Con Pennidir. Əsas obrazları Keri Elves, Uilyam Hört, Ploy Cindaxote və Pola Teylor canlandırıblar.
«Cəhənnəm qapıları» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın