
Dark Summer
Məhkəmə qərarı ilə on yeddi yaşlı Daniel Uilyams bütün yayı ev dustaqlığında keçirməli olur. Anası iş üçün evdən çıxanda, gənc oğlan dörd divar arasında tək qalır. Lakin qısa müddət sonra bu tənhalıq gözlənilməz və qorxulu hadisələrlə pozulur.
Danielin sinif yoldaşı onunla skayp vasitəsilə əlaqə qurur. Qız onu intihar həddinə çatdırmaqda günahlandıraraq elə gəncin gözləri qarşısında öz həyatına qəsd edir. Ölümündən əvvəl isə o biri dünyadan geri qayıdıb Danieli də özü ilə aparacağını bildirir və bundan sonra evdə dəhşətli hadisələr zənciri başlayır.
«Dark Summer» qorxu filmi 2014-cü ildə rejissor Pol Solet tərəfindən ABŞ və Böyük Britaniyanın birgə istehsalı kimi lentə alınıb. Triller janrında olan bu ekran əsərində baş rolları Keyr Qilxrist, Stella Maiv, Maestro Harrell və Qreys Fipps canlandırıblar.
«Dark Summer» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 yanvar 2015
- Ölkə
- ABŞ, Böyük Britaniya
- Rejissor
- Pol Solet
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, SoulPro
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 81 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın