
Yanlış cənab Doğru
Kolleci bitirdikdən sonra Cessika tənha anası Treysinin yanına qayıdır. Çox keçmədən o, anasının yeni sevgilisi Polun onların evinə köçmək üzrə olduğunu öyrənir. Treysinin yaxın rəfiqəsi Sandranın restoranında işləyən gənc qız gözlənilmədən Polun tanımadığı bir qadınla aqressiv şəkildə mübahisə etdiyini görür.
Kişinin bu hərəkətləri Cessikada ciddi şübhələr oyadır, lakin hisslərinə qapılan anası onun dediklərinə məhəl qoymur. Polun əsl üzünü gizlətdiyinə əmin olan Cessika Sandranın köməyinə arxalanır. Qadınlar birləşərək ananı bu təhlükədən qorumaq məqsədilə xüsusi xəfiyyə tuturlar.
«The Wrong Mr. Right» trilleri 2021-ci ildə ABŞ-da istehsal olunub. Filmin rejissoru Devid DeKotodur. Əsas rolları Vivika A. Foks, Anna Mari Dobbins, Krista Allen və Rib Hillis canlandırıblar.
«Yanlış cənab Doğru» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 yanvar 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Devid DeKoto
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın