
Yanan Kentukki
İllər öncə Uayett və Rulun anası kənd təsərrüfatı fermasında qəfil yoxa çıxır. Ailə başçısı Cek oğulları ilə birlikdə ətrafı axtarsa da, qadından heç bir iz tapılmır. Həmin gecə meşədə tələyə düşmüş Uayettə rast gəlib ona kömək edən Ariyanın da ailəsi müəmmalı şəkildə itkin düşür.
Aradan uzun müddət keçməsinə baxmayaraq, baş verənlərin sirri açılmamış qalır. Həmin gecənin gizli tərəflərini öyrənmək istəyən Ariya yenidən uşaqlığının keçdiyi məkana qayıdır. Həqiqətin üzə çıxması qadını qisas hissi ilə sevdiyi kişi arasında çətin bir seçim etmək məcburiyyətində qoyur.
ABŞ istehsalı olan «Yanan Kentukki» triller filmi 2019-cu ildə rejissor Betani Anderson tərəfindən çəkilib. Ekran əsərində baş rolları Con Payper-Ferqyuson, Nik Makkallum, Neytan Satton və Oqi Dük canlandırır.
«Yanan Kentukki» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 fevral 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Betani Anderson
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 91 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın