
Sadberi şeytanı
Hadisələr 1678-ci ildə cərəyan edir. İki puritan cadugər ovçusu Con Fletçer və Cosayya Kattinq Massaçusets ştatının kiçik Sadberi qəsəbəsinə yollanırlar. Onların məqsədi kənddə yayılan şeytana sitayiş şayiələrini araşdırmaqdır. Qəsəbədə yerli keşiş və meşə talasında qaranlıq iblis qüvvələri gördüyünü iddia edən narahat sakin Ayzek Qudenau ilə görüşürlər.
Qudenau bələdçilik etməyə razılaşdıqdan sonra ovçular qaranlıq meşənin dərinliklərinə doğru istiqamət götürürlər. Şər qüvvələrin mənbəyini tapmaq istəyən dəstə gecələmək üçün düşərgə qurur. Çox keçmədən meşədə qəribə hadisələr baş qaldırır və təbiətüstü aqressiv varlıqlar qonaqların dini inancını sınağa çəkir.
ABŞ istehsalı olan «The Sudbury Devil» tarixi qorxu filminin rejissoru Andrew Rakich-dir. 2023-cü il istehsalı ekran əsərində Benton Qinness, Linnea Gregg, Josh Popa və Matthew Van Gessel kimi aktyorlar çəkiliblər.
«Sadberi şeytanı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 sentyabr 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Andrew Rakich
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın