
Qanlı Aldanış
Polli Daqqin gözlənilmədən ailəsini itirir. Həyat yoldaşı və azyaşlı qızı müəmmalı şəkildə yoxa çıxdıqdan sonra gənc ana sahil kənarındakı böyük evdə təkbaşına qalır. Baş verən faciənin arxasındakı həqiqəti öyrənmək istəyi onu hadisələrin səbəbini araşdırmağa vadar edir.
Cavab axtarışları Polli üçün ağır sınağa çevrilir. O, haradan gəldiyi bilinməyən qorxulu səslər eşitməyə və dəhşətli görüntülər görməyə başlayır. Ətrafında baş verən bu sirli hallar qadını tədricən ağlını itirmək həddinə gətirib çıxarır.
ABŞ istehsalı olan «The Blood Thins» qorxu və triller filmi 2019-cu ildə rejissor Adrian Roman tərəfindən çəkilib. Ekran əsərində əsas obrazları Tvid Maykl Menninq, Cessika Bell, Kristin Lorents və Brian T Shirley canlandırıblar.
«Qanlı Aldanış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 sentyabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Adrian Roman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 72 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın