
Razılaşma
Uğurlu iş qadınının pəncərədən yıxılması ilk baxışdan intihar kimi görünsə də, detektivlər Cessika Alvares və Harri Frik bununla razılaşmırlar. Cəsədə baxış keçirilərkən ölən qadının bir tanışı ilə çəkdirdiyi polaroid fotoşəkli tapılır. Çox keçmir ki, şəkildəki həmin kişi də növbəti gecə, düz gecəyarısı qəribə şəraitdə həyatını itirir.
Məsələ daha da müəmmalı şəkil alır, çünki bu ani fotoşəkil öz-özünə dəyişməyə başlayır. Qəribə şəkildə hər dəfə yenilənən təsvir zəncirvari sirli ölümlərin növbəti qurbanını qabaqcadan göstərir. Müstəntiqlər fotoda yeni simanın peyda olmasının və ardıcıl faciələrin qarşısını almağa çalışırlar.
«The Arrangement» adlı qorxu və triller filmini rejissor Ceyk Hansiker çəkib. 2020-ci il ABŞ istehsalı olan ekran əsərində baş rolları Erik Roberts, Debora Tviss, Britni Ember və Brayan Entoni Uilson canlandırıblar.
«Razılaşma» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 iyul 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Ceyk Hansiker
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın