
Paranormal Evil
Uşaqlıqda anasının ölümü ilə nəticələnən kütləvi qətliamdan sağ çıxan Aleksis Kinq artıq yetkinlik yaşına çatır. İyirmi bir yaşı tamam olduqda ailə mülkünün yeganə varisi kimi uşaqlıq evinə köçmək qərarı verir. Lakin doğma divarlar arasına qayıdış keçmişin kabuslarını, qorxunc xəyalları və izaholunmaz fövqəltəbii hadisələri də bərabərində gətirir.
Nələr baş verdiyini aydınlaşdırmaq istəyən Aleksis dostları ilə birlikdə evin keçmişini araşdırmağa başlayır. Zaman keçdikcə gənclər mülkdə təhlükəli bir varlığın gizləndiyini anlayırlar. Bu fövqəltəbii qüvvənin illər əvvəl anasının ölümündə əli ola biləcəyinə dair ipucları üzə çıxır.
2017-ci ildə ABŞ-da istehsal olunmuş «Paranormal Evil» qorxu filminin rejissoru Akil Paqdır. Triller janrındakı layihənin əsas rollarında Andrea Ciliberti, Nayci De-Tayce, Denis Qarsiya və Con Kellar çəkiliblər.
«Paranormal Evil» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın