
Möcüzələr vadisi
Dörd rəfiqə istirahət günlərini şəhərdən uzaqda keçirmək üçün Uander-Velli adlanan səhra bölgəsinə yollanır. Qızlar qonaq qismində yollandıqları bu kimsəsiz evin bir vaxtlar rəfiqələrindən birinin mərhum xalasına aid olduğunu bilirlər. Məkana çatdıqdan sonra isə həmin qadının məhz bu evdə öz canına qəsd etdiyi üzə çıxır.
Əhval-ruhiyyəni dəyişmək istəyən qızlar həmin ərazidə bitən təhlükəli psixoaktiv bitkidən dadmaq qərarına gəlirlər. Bu maddə onlarda güclü hallüsinasiyalara səbəb olur və qızlar arasındakı münasibəti gərginləşdirir. Üstəlik, gəzinti zamanı rəfiqələrdən biri can verən yad bir adamla qarşılaşır və hadisələr təhlükəli məcraya yönəlir.
«Wonder Valley» adlı bu qorxu və triller filminin rejissoru Heidi Hartwigdir. 2016-cı ildə ABŞ-da istehsal olunmuş ekran əsərində əsas obrazları Ceyd Fusko, Lüsi Enqelman, Maliya Şarf və Kella Birch canlandırıb.
«Möcüzələr vadisi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 mart 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Heidi Hartwig
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 72 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın