
Bacımın sirri
Yuxarı sinif şagirdi Taranın axşam qaçışı zamanı naməlum bir şəxsin hücumuna məruz qalması ailədə böyük təşviş yaradır. Bu hadisədən az sonra gənc qız qəfil yoxa çıxır və onun qaçırıldığı məlum olur.
Anası Canet və bacısı Cessika kömək üçün polisə müraciət etsələr də, hüquq-mühafizə orqanları vəziyyətə lazımi qədər ciddi yanaşmırlar. Cinayətkarı və onun niyyətini anlamaq istəyən ailə üzvləri axtarışları öz üzərlərinə götürürlər. Bu yolda onlar Taranın gizli saxladığı məqamları və heç kimə demədiyi sirləri üzə çıxarmalı olurlar.
ABŞ istehsalı olan «Sister with a Secret» triller filmi 2022-ci ildə işıq üzü görüb. Ekran əsərinin rejissoru Ben Meyerson, baş rol ifaçıları isə Kelli Sallivan, Mark Famyetti, Qreys Narduççi və Teylor Fosterdir.
«Bacımın sirri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 may 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Ben Meyerson
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın