
Boş metal
«Empty Metal» filmi vətəndaşların addımbaaddım izlənildiyi və polisin sərt rejim tətbiq etdiyi alternativ Amerika Birləşmiş Ştatlarında cərəyan edir. Nəzarətdən kənarda qalmağa çalışan radikal baxışlı gizli bir şəbəkə öz fəaliyyətini telepatiya vasitəsilə idarə edir. Bu qruplaşmada mübariz yerli amerikalılar ailəsi, rastafari hakeri və tərki-dünya buddist birləşib.
Üsyançılar öz təhlükəli planlarına narazı bir noyz-pank qrupunun üç musiqiçisini də cəlb edirlər. Onların əsas məqsədi silahı olmayan mülki şəxsləri öldürdükdən sonra məhkəmədə bəraət almış polis işçilərinə qarşı siyasi sui-qəsd həyata keçirməkdir.
2018-ci il istehsalı olan bu ABŞ trillerinin rejissorları Adam Xəlil və Beyli Sveycerdir. Ekran əsərinin baş rollarında Ostin Sley Culian, Rouz Mori və Sem Riçardson çəkiliblər.
«Boş metal» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 may 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Adam Xəlil, Beyli Sveycer
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın