
Divarların dili olsaydı
Atasının vəfatından sonra Oliviya kədər içində olan anası Rebekkaya dəstək vermək üçün doğma evinə qayıdır. Çox keçmir ki, yaşlı qadın evin divarları arasında hansısa fövqəltəbii varlığın gizləndiyini iddia etməyə başlayır. Qızı isə bu sözləri anasının sarsılmış psixi durumu ilə əlaqələndirir.
Rebekka bud sümüyünü sındırdıqdan sonra vəziyyət daha da qəlizləşir. Oliviya anasına qulluq etməsi üçün Ceyk adlı bir baxıcı tutur, lakin bu gəncin həddindən artıq mehribanlığı onda şübhə doğurur. Eyni zamanda malikanədə qorxulu və izahı olmayan müəmmalı hadisələr baş verir.
ABŞ istehsalı olan «If Walls Could Talk» triller filmi 2021-ci ildə işıq üzü görüb. Ekran əsərinin rejissoru Mariah Murlowski-dir. Əsas rolları Margo Parker, Nikol Uotts, Konner Floyd və Cina Vitori canlandırıblar.
«Divarların dili olsaydı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 mart 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Mariah Murlowski
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın