
İblisin sərvəti
İnvestisiya fondunun rəhbəri Ceyms Tric bir səhər iş kabinetində yaxın dostu və şərikinin başı kəsilmiş meyiti ilə qarşılaşır. Çox keçmədən bu qətlin qaranlıq səbəbi üzə çıxır. Məlum olur ki, qətlə yetirilən tərəfdaş vaxtilə Səddam Hüseyn rejimindən milyonlarla dollar oğurlayıb və indi həmin sərvəti geri almaq üçün iraqlı muzdlu döyüşçülər göndərilib.
Şübhəli vəziyyətə düşən və həyatı üçün təhlükə yaranan Ceyms dərhal qaçmaq məcburiyyətində qalır. O, həm amansız qatillərdən, həm də Los-Anceles polisindən və federal orqanlardan yayınmağa çalışır. Əsas məqsədi isə hər kəsdən əvvəl şərikinin gizli saxladığı sirləri aşkar etmək və itmiş vəsaitlərin yerini tapmaqdır.
«İblisin sərvəti» (The Devil's Fortune) triller janrında çəkilmiş ABŞ istehsalı olan bədii filmdir. 2022-ci ildə ekranlara çıxan filmin quruluşçu rejissoru Rubidium Vudur. Baş rollarda Connor Keene, Derek S. Orr, Craig Ng və Kiri Hartiq çəkiliblər.
«İblisin sərvəti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 avqust 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Rubidium Vu
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın