
Deadly Radio Romance
Populyar radio aparıcısı Şennon sevgilisi Qevindən ayrıldıqdan sonra toparlanmaqda çətinlik çəkir. Rəfiqəsi və eyni zamanda prodüserinin təklifi ilə o, dinləyicilər arasında xüsusi müsabiqə keçirməyə razılaşır. Beləcə efir vasitəsilə qız üçün namizəd seçilir və kor-koranə görüş təşkil olunur.
Seçilən şəxs Şennonda xoş təəssürat yaratsa da, çox keçmədən həmin kişi ölü tapılır. Hadisələrin dərhal ardınca qızın keçmiş sevgilisi yenidən həyatında peyda olur. Radiostansiyaya naməlum şəxsdən hədə-qorxu dolu zənglər gəlməyə başlayanda, Şennon baş verənlərdə Qevindən şübhələnməyə məcbur qalır.
«Deadly Radio Romance» adlı ABŞ triller filmi rejissor Mayk Hoy tərəfindən lentə alınıb. 2021-ci il istehsalı olan layihədə baş rolları Jillian Murray, Triana Browne, Ryan Music və Skye Coyne canlandırır.
«Deadly Radio Romance» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın