
Black Pool
ABŞ-a köçmüş Maykl adlı irlandiyalı mühacir həyat yoldaşı Emma ilə birgə yaşayır, lakin keçmişin ağrılarını unuda bilmir. O, otuz il əvvəl həyatını alt-üst etmiş naməlum bir şəxsi uzun illərdir bədbəxtliklərinin səbəbkarı sayır. Bir gün küçədə həmin adama bənzəyən birini görən Maykl onu qaçırmaq qərarına gəlir.
Qaranlıq zirzəmidə stula bağlanan əsir qisas almaq istəyən Mayklla üz-üzə qalır. Əlində çəkiclə kameranı işə salan Maykl etiraf tələb edir, lakin bağlı qalan adam onu ömründə ilk dəfə gördüyünü bildirir. Tərəflər arasında gərgin psixoloji qarşıdurma başlayır və şübhəlinin kimliyi sual altına düşür. Həmin gecənin necə bitəcəyi isə iki kişinin arasında qalan Emmanın verəcəyi qərardan asılı olur.
«Black Pool» triller filminin rejissoru Dastin Morroudur. 2019-cu ildə ABŞ-da istehsal olunmuş layihədə baş rolları Tom Uolton, Ember Stounbreyker, Todd Van Voris və Keyli Rouds canlandırıblar.
«Black Pool» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 aprel 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Dastin Morrou
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın