
Gecə gəzintisi
Milad ərəfəsində Los-Ancelesdə taksi fəaliyyəti göstərən Rassell növbəti sifarişini qəbul edir. Həyatında çətin dövr keçirən sürücünün maşınına Şarlotta adlı qəribə bir qadın əyləşir. Müştəri proqramı bağlamaq və onu şəxsi işləri üçün şəhərdə gəzdirmək müqabilində Rassellə xeyli pul təklif edir.
Dayanacaqların birində sirli çantanı götürən qadın arxasınca düşən adamdan qaçmağa məcbur qalır və baş verən hadisələr bir nəfərin ölümü ilə nəticələnir. Şarlotta polisə müraciət etmək əvəzinə sürücünü meyiti gizlətməyə razı salır və onu cinayət xarakterli təhlükəli bir yola sürükləyir.
«Night Drive» filmi 2019-cu ildə ABŞ-da rejissorlar Bred Barux və Meqan Leon tərəfindən çəkilib. Triller janrında olan layihədə əsas rolları Ey Cey Bouen, Sofi Dala, Skott Poytress və Lamar Bell canlandırıblar.
«Gecə gəzintisi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 sentyabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Bred Barux, Meqan Leon
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın