
Xəstəxanada qətliam
1961-ci ilin Sevgililər günündə Syuzan adlı balaca qız Devidlə birgə vaxt keçirir. Onların münasibətini kənardan izləyən Harold qıza sevgi məktubu göndərsə də, Syuzan bu kağızı büküb ataraq ona gülür. İntiqam almaq istəyən Harold fürsət tapan kimi evə girib rəqibini öldürür.
Aradan on doqquz il keçir və artıq ailə qurmuş Syuzan rentgen nəticələrini götürmək üçün xəstəxanaya yollanır. Lakin həkim maskası taxmış naməlum şəxs qadının müayinə kağızlarını saxtalaşdırır. Ağır xəstəlikdən ehtiyat edən həkimlər Syuzanı dərhal təcrid edərkən, maskalı qatil tibb işçilərini və xəstələri bir-bir aradan qaldırmağa başlayır.
«Xəstəxanada qətliam» (Hospital Massacre) filmi 1981-ci ildə ABŞ və İsrail kinematoqrafçıları tərəfindən çəkilib. Trillerin rejissoru Boaz Devidsondur, baş rollarda isə Barbi Benton, Cudit Bolduin, Con Van Ness və Con Uorner Uilyams çəkiliblər.
«Xəstəxanada qətliam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1981
- Rejissor
- Boaz Devidson
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Авторский (одноголосый закадровый)
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın