
Pin...
Leon və Ursula böyüyərkən evlərində daim qəribə bir anatomik fiqur vardı. Ataları Pin adlı bu insanabənzər manekendən qadın və kişi münasibətlərini uşaqlara izah etmək üçün istifadə edirdi. Oyuncağın ailədəki varlığı bacı və qardaşın dinc uşaqlıq illərinə kölgə salırdı.
Valideynləri sirli şəkildə həyatını itirdikdən sonra vəziyyət daha da qəlizləşir. Leon manekenlə təhlükəli bağını qoruyub saxlayır və gözəl bacısına qarşı qeyri-təbii hisslər bəsləməyə başlayır. Ursula yeni bir dost tapıb vaxtını onunla keçirməyə üstünlük verdikdə, qardaşı Pinlə birlikdə hərəkətə keçmək qərarına gəlir.
ABŞ və Kanada istehsalı olan «Pin...» qorxu və triller filmini rejissor Sendor Stern çəkib. 1988-ci ildə ekranlara çıxan filmin əsas rollarında Ceykob Tirni, Patrisiya Kollinz, Terrens Labross və Elen Yudi çəkiliblər.
«Pin...» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1988
- Rejissor
- Sendor Stern
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (двухголосый закадровый)
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın