
Şər
Gənc müəllim Adam və həyat yoldaşı Liza tezliklə valideyn olmağa hazırlaşırlar. Lakin cütlüyün sakit həyatı evlərinə naməlum qaranlıq bir qüvvənin daxil olması ilə qəflətən alt-üst olur. Qəfil başlayan kabus ailənin gündəlik həyatını dözülməz bir hala gətirir.
Ardı-arası kəsilməyən bu təqibdən yaxa qurtarmaq istəyən Adam parapsixoloq Klarka üz tutur və ondan kömək istəyir. Tədqiqatçı işə başladıqda anlayır ki, üzləşdikləri bu bədxah varlıq düşündüyündən qat-qat təhlükəlidir. Nəticədə ər-arvad başlarına gələn dəhşətin arxasında yatan qorxunc həqiqətlə qarşılaşmalı olurlar.
«Malicious» adlı qorxu filmi 2017-ci ildə ABŞ-da rejissor Maykl Uinnik tərəfindən çəkilib. Triller janrında olan ekran əsərində baş rolları Boyana Novakoviç, Kertis Nikuls, Delroy Lindo və Co-Enn Robinson canlandırıblar.
«Şər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Maykl Uinnik
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 91 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın