
Mad Mom
Ember sevdiyi gənc Lyukla ailə qurmağa hazırlaşır və bu günün sevincini yaşayır. Gələcək qayınanası Cill qıza qarşı çox mehribandır və onu öz övladı kimi sevir. Lakin qızın doğma anası Şeron kürəkənin ailəsi ilə tanış olmağa gəldikdən sonra münasibətlər gərginləşir.
Emberin Cillə nə qədər bağlandığını görən Şeron dəhşətli dərəcədə qısqanclıq hissi keçirir. Qızı üzərindəki təsirini və nəzarətini itirməkdən qorxan ana gələcək qohumunu təhlükəli bir rəqib hesab edir. Beləliklə, o, Cilli öz yolundan nəyin bahasına olursa-olsun kənarlaşdırmaq qərarına gəlir.
2019-cu il istehsalı olan «Mad Mom» triller filmi Kanadada çəkilib və onun rejissoru Jan-Fransua Rivardır. Əsas rolları Romi Rouzmont, Kari Matchett, Viktoriya Daymond və Metyu Raudsepp canlandırıblar.
«Mad Mom» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 yanvar 2019
- Ölkə
- Kanada
- Rejissor
- Jan-Fransua Rivar
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın