
Qara dul qatil
İyirmi beş il əvvəl baş verən avtomobil qəzası gənc bir qızın həyatını alt-üst etmişdi. Uzun illər sonra kiçik bir şəhərdə Cudinin rəfiqəsi olan məktəb müəllimi Kendra müəmmalı şəkildə qətlə yetirilir. Həmin təhsil ocağında onun yerinə Elis adlı yeni bir müəllimə dərs deməyə başlayır.
Bu qadının əslində keçmiş qəzadan sağ çıxan şəxs olduğu üzə çıxır. Görkəmini tamamilə dəyişən qisasçı həmin bədbəxt hadisədə əli olan hər kəsdən əvəz çıxmaq qərarına gəlir. Yeni müəllimənin şübhəli keçmişi ətrafında müstəqil araşdırma başladılsa da, o, tərtib etdiyi qisas planını addım-addım həyata keçirməkdə davam edir.
Kanada istehsalı olan «Qara dul qatil» triller filmi 2018-ci ildə rejissor Adrian Lenqli tərəfindən çəkilib. Ekran əsərində baş rolları Laura Afelski, Norman Mikil Berketa, Elison Bruks və Karen Kliş canlandırıblar.
«Qara dul qatil» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 dekabr 2018
- Ölkə
- Kanada
- Rejissor
- Adrian Lenqli
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın