
Counterfeiting in Suburbia
Yuxarı sinif şagirdləri Rayli və Erika asan yolla qazanc əldə etmək qərarına gələrək saxta yüz dollarlıq əsginaslar çap etməyə başlayırlar. Rəfiqələr bu pullarla müxtəlif mallar alır və onları məktəb yoldaşlarına sataraq qanunsuz işlərini genişləndirirlər. Bütün bu gizli prosesi isə təhsil aldıqları məktəbin rəsm kabinetində təşkil edirlər.
Rayli müəyyən tərəddüdlər keçirsə də, qəyyumunun yığılıb qalmış borclarını ödəmək üçün bu işi davam etdirir. Qızların qurduğu gizli plan gözlənilməz təhlükə ilə üzləşir. Belə ki, külli miqdarda borcu olan rəsm müəllimləri onların bu əməlindən xəbər tutur.
Kanada istehsalı olan «Counterfeiting in Suburbia» trilleri 2018-ci ildə rejissor Ceyson Burk tərəfindən lentə alınıb. Filmin əsas rollarını Sara Batler, Larissa Albukerke, Kayla Uolles və Ceyms Brü Din canlandırıblar.
«Counterfeiting in Suburbia» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 iyul 2018
- Ölkə
- Kanada
- Rejissor
- Ceyson Burk
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın